Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb kolleclərinə qəbul necə aparılacaq? (RƏSMİ)

Tarix: 08-12-2018 20:43     Baxış: 4398 A- / A+
Tibb kolleclərinə qəbul necə aparılacaq? (RƏSMİ)

Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məqamlar abituriyentlər üçün aktuallığını qorumaqda davam edir.

Ən çox maraq doğuran məsələlərdən biri də orta təhsil müəssisələrinə, xüsusilə də Tibb kolleclərinə qəbul qaydaları ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən azedu.az-a verilən məlumata görə, Respublikada fəaliyyət göstərən Tibb kolleclərinə 9 illik bazada qəbul aparılmır. Yalnız XI sinifdə təhsil alan abituriyentlər və əvvəlki ilin məzunları Tibb kollecinə daxil ola bilmək üçün müsabiqədə iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul yenə də buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər.

Qeyd edək ki, V qrup üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsinin mart, ikinci mərhələsinin isə iyunda keçirilməsi nəzərdə tutulub. XI siniflər üzrə isə bu imtahanlar apreldə keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar