Xəbər lenti
Azərbaycanlı alim Mendeleyev cədvəlini modernləşdirdi - AÇIQLAMA
Bakıda fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Quliyev Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb.
Manevr.az bildirir ki, bu barədə "ölkə.az"a açıqlamasında Firudin Quliyev özü məlumat verib.
O, deyib ki, bu yenilik Kimya dərslərində şagirdlərin kimyəvi elementlər bəhsini və atomun quruluşu bəhsini öyrənməkdə əyani vəsait olmaqla yanaşı həmçinin Kimya ilə maraqlanan geniş oxucu kütləsinin köməyinə çatacaq.
Onun sözlərinə görə, cədvəl respublika kimyaçıları tərəfindən rəğbətlə qarşılanıb, respublika məktəblərindən çoxlu sayda müsbət rəylər yazılıb:
"Eyni zamanda Bakı Dövlət Universiteti və AMEA-dan ayrı-ayrı şəxslərdən rəylər yazılaraq orta məktəbdə istifadə edilməsi üçün Təhsil Nazirliyinə tövsiyə edilib. Bu həmçinin Kurikulum jurnalının (2014 N:1) səhifələrində də işıqlandırılıb. Hazırda sözügedən cədvəl Bakı Dövlət Universitetinin otaqlarında da asılıb".
F.Quliyev həyata keçirdiyi yeniliyin Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq olunduğunu bildirib:
"Bu yeniliyin beynəlxalq səviyyədə tanıdılması üçün çalışacam. Artıq həyata keçirdiyim bu yeniliklə bağlı Rusiyanın "Rusiya" və "Avropa-Asiya" elmi jurnallarında mütəxəssislər tərəfindən müsbət rəy alınaraq dərc edilib".
O əlavə edib ki, bu ideya onda şagirdlərin Mendeleyev cədvəlindən istifadədə çətinlik çəkməsindən sonra yaranıb:
"Gördüm ki, şagirdlər çox çətinliklər çəkirlər. Mən də düşünüb belə bir yenilik etdim".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar