Xəbər lenti
Latviyada Azərbaycan dilinin tədrisi mərkəzi açıldı
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan diaspor cəmiyyəti tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.
Manevr.az xəbər verir ki, bu məqsədlə “Ocaq” cəmiyyətinin nəzdində Azərbaycan dilinin tədrisi məktəbi açılıb.
Azərbaycan səfirliyinin nəzdində, Latviya Universitetinin Akademik Kitabxanasında yaradılmış “Azərbaycan Mədəniyyət-informasiya mərkəzi – Azərbaycan guşəsi”ndə keçirilən Azərbaycan dili kurslarının açılış mərasimində səfir Cavanşir Axundov iştirak edib.
Diplomat Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanını rəhbər tutaraq, ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, ana dilimizin qorunun saxlanması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi üçün açılan kursların işinə və iştirakçılarına uğurlar arzulayıb.
Məktəb səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub./Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar