Xəbər lenti
DİM abituriyentlərin Xarici dil fənni ilə bağlı ən çox narahat olduqları məqama aydınlıq gətirdi
2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni modelin bir neçə detalı isə hələ ictimaiyyətə elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlardan biri də buraxılış imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır.
İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?
Dövlət İmtahan Mərkəzindən moderator.az-a bildiriblər ki, məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər.
Məlumatda qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsi zamanı həmin xarici dil fənnindən abituriyentlərin topladıqları bal nəzərə alınacaq.
I,II,III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı yaradılacaq.
Xatırladaq ki, tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.
Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər.
Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq. Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.
Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.
IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.
İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar