Xəbər lenti
Aİİ-nin rektoru Rusiyada beynəlxalq konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Rusiyada beynəlxalq konfransda iştirak edib. Rusiya Federasiyası Perm vilayətinin İncəsənət Universitetində keçirilən konfrans “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusuna həsr olunub.
Manevr.az-ın verdiyi xəbərə görə, Aİİ rəhbəri C.Məmmədov “Dini ekstremizmin qarşısının alınması: mövcud vəziyyət və təhdidlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, müasir dövrdə dünyanın bir çox dövləti dini ekstremizm və terrordan əziyyət çəkir. O qeyd edib ki, dünyanın bir çox bölgəsində terror hadisələri səbəbindən ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, dini ibadət ocaqları dağıdılır.
Radikalizm və ekstremizmin yaranmasının obyektiv və subyektiv səbəblərindən danışan rektor bəzi dövlətlərin öz siyasətində dini zəmində ayrı-seçkiliyə rəvac verdiyini, bunun da dinlərarası münasibətlərin gərginləşməsinə səbəb olduğunu qeyd edib.
C.Məmmədov konfrans iştirakçılarına Azərbaycan xalqının zaman-zaman terrora məruz qaldığı, onun ağrı-acısı barədə məlumat verib. Məruzəçi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə danışıb: “Ermənistanın terrora dövlət səviyyəsində dəstək verməsi və Azərbaycana qarşı terrorda iştirakı, çoxlu sayda Azərbaycan vətəndaşını qətlə yetirməsi, mədəniyyət abidələrini dağıtması inkaredilməz faktdır. Ermənistan tərəfindən müxtəlif vaxtlarda ölkəmizdə bir sıra terror aktlarının törədilməsi bu fikri bir daha təsdiq edir”.
Aİİ rektoru vurğulayıb ki, terrorun ağrı-acısını yaşamış bir ölkə kimi, Azərbaycan onun bütün təzahürlərini pisləyir. Azərbaycan terror hadisələrinin qarşısının alınmasına yönəlmiş səyləri dəstəkləyir, onu doğuran səbəblərin aradan qaldırılması və qarşısının alınması məqsədilə dünyanın bir çox ölkəsi və beynəlxalq təşkilatlarla müntəzəm və sıx əməkdaşlıq edir.
C.Məmmədov, eyni zamanda, Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən işlərdən geniş bəhs edib. O bildirib ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapıb. 2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilib.
Məruzəçi qeyd edib ki, ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar