Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət qulluğunda işləmək istəyənlər üçün ŞAD XƏBƏR

Tarix: 17-11-2018 12:53     Baxış: 3397 A- / A+
Dövlət qulluğunda işləmək istəyənlər üçün ŞAD XƏBƏR

"Bu il üçün dövlət qulluğunda 17 min ştat vahidi var və gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq".

Manevr.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, birinci imtahanda iştirak edənlərin sayı 110 mindir: "Sertifikat alanların sayı təxminən 4 minə yaxındır. Müsabiqədə iştirak edənlərin sayı sertifikat alanların sayından çoxdur. Çünki sertifikat alan bir şəxs müxtəlif müsabiqələrdə iştirak edə bilər. Müsahibə üçün qeydiyyatdan keçənlərin sayı isə həddindən artıq çoxdur. Çünki bir adam 25 yerə müsahibəyə yazılır və yalnız 3-nə gəlir. Halbuki buna bizim resurslar gedir və məsuliyyətsiz yanaşma var".

M.Abbaszadə qeyd edib ki, uğurla müsahibədən keçənlərin sayı sertifikat alanların təxminən 1/3-dir: "Dövlət qulluğuna qəbul olunanların sayı təxminən 600 nəfərdir. Beləliklə sertifikat alaraq müsabiqədən 1200-dən çox adam, onların yarısı dövlət reyestrinə dövlət qulluqçusu kimi dövlət orqanları tərəfindən daxil olunub. Proses istənilən səviyyədə çevik olmur, elə də səmərə vermir".

O həmçinin əlavə edib ki, yüksək vəzifələrə ümumiyyətlə sənəd verən yoxdur: "Bu intahanlarda iştirak etmək istəmirlər. Burada qoyulan tələblər var ki, rəhbər vəzifədə olanlar gəlmir. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar