Xəbər lenti
Məktəbi vaxtından əvvəl bitirmək istəyən şagirdlərdən müraciətlərin qəbuluna başlanılıb
Azərbaycanda şagirdlərin ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmələri üçün müraciətlərin qəbuluna başlanılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, orta məktəbi vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.
Fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə və aydın, rabitəli nitq və çevik təfəkkür şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər sayılır.
Bunun üçün hər il noyabr ayından gec olmayaraq müəllimlər və məktəb psixoloqu təhsil ocağının direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Məsələ valideynin iştirakı ilə məktəbin Pedaqoji Şurasında müzakirə olunub müvafiq qərar qəbul edilir.
Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.
Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildə məktəbə gəlməməsi və növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar