Xəbər lenti
Vərəm və xərçəngi tez aşkarlayan cihaz yaradıldı - İçərisində siçovul var...

Rusiyalı mütəxəssislər onkoloji və vərəm xəstəliklərini erkən mərhələdə müəyyən etməyə imkan verən bir cihaz hazırlayıb.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” xəbər yayıb. Ən maraqlısı odur ki, cihazın içərisinə siçovul yerləşdirilir. Bu üsulla xərçəngin 2-ci və 3-cü mərhələlərdə aşkarlanması şansının 90% -dən çox olduğu bildirilir. Həmçinin, bu sistem vərəmi də müəyyən edə bilir.
Cihaz aşağıdakı kimi fəaliyyət göstərir: sıçovula elektrodlar implantasiya edilir, onkoloji şişlərin spesifik maddələrinin heyvanın reseptorlarına təsiri nəticəsində yaranan bioritmlərin deşifrə edilməsinə imkan verən riyazi aparat yaradılır.
Bu vəziyyətdə siçovulun beyin bioritmlərinin şifrələməsindən sonra xəstəliyin olmasının yüksək ehtimalı aşkar edildikdə cihaz xüsusi bir siqnal verir. Hazırda cihaz 5 dəqiqə ərzində xərçəngi aşkarlayır.
Gələcəkdə mütəxəssislər həmin vaxtı bir dəqiqəyədək azaltmaq niyyətindədirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar