Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsveçlilər türk mənşəlidir? - Alimdən İDDİA

Tarix: 24-10-2018 19:23     Baxış: 2438 A- / A+
İsveçlilər türk mənşəlidir? - Alimdən İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan-Norveç əlaqələri (1991-2011-ci illər)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

Manevr.az xəbər verir ki, Tarix İnstitutundan publika.az-a verilən məlumata görə, dissertasiya işinin müəllifi Azərbaycan Dillər Universitetinin (ADU) Skandinaviya Mərkəzinin müdiri Vüsalə Əfəndiyeva, elmi rəhbər isə institut direktoru, akademik Yaqub Mahmudovdur.

Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan-Norveç əlaqələrinin müxtəlif istiqamətləri ilə bağlı indiyədək müəyyən tədqiqatlar aparılsa da, bu sahədə kifayət qədər öyrənilməmiş məsələlər hələ də qalmaqdadır: “Hər iki ölkənin neft istehsalına malik olması bir çox sahələrdə maraqların uyğun gəlməsi ilə müşahidə edilir”.

Tədbirdə Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue də iştirak edib və o, Norveç-Azərbaycan əlaqələrinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, dissertasiyada Azərbaycan ilə Norveç arasında qarşılıqlı əlaqələr ilk dəfə kompleks halında araşdırılır. Dissertasiya Şurasının iclasında Skandinaviya runalarını özündə əks etdirən slayd nümayiş etdirilib.

Doktorant V.Əfəndiyeva çıxışında qeyd edib ki, tədqiqatda Orxon-Yenisey əlifbası ilə Skandinaviya runaları arasında oxşarlıqlar faktlarla təhlil edilib: “İsveç tarixçisi Sven Laqerbrinq (1707-1787) “İsveç və türk dilləri arasında bənzərliklər” adlı kitabında isveç və türk dilləri arasındakı oxşarlıqlardan bəhs edib. O, isveçlilərin türk mənşəli olduqlarını iddia edərək, 200-ə qədər türk sözünün isveç dilində istifadə edildiyini göstərib”.

Dissertasiya işində “Azərbaycan-Norveç əlaqələrinin inkişafında məşhur Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdalın rolu” adlı bölmə var. Tur Heyerdalın nəzəriyyəsinə əsasən Qobustan qayaüstü təsvirləri ilə Norveçdə aşkarlanmış qayıq rəsmlərinin motivləri arasındakı bənzərliklər heç də təsadüfi deyil. T.Heyerdal Azərbaycanla Skandinaviya ölkələri arasında qədim əlaqələrin mövcudluğunu sübüt etməyə çalışıb.

V.Əfəndiyeva Dissertasiya Şurasının iclasında Norveç universitetlərindən birində Azərbaycanşünaslıq ixtisasının açılmasını təklif edib.

Vüsalə Əfəndiyevadan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Müasir mərhələdə ABŞ-ın Yaxın Şərq siyasəti” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Nigar Əsgərova, elmi rəhbər isə tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadədir. Dissertasiyada ilk dəfə olaraq böyük xronoloji çərçivədə ABŞ-ın Yaxın Şərq siyasətinin tarixi inkişaf mərhələləri araşdırılıb.
İsveçlilər türk mənşəlidir? - Alimdən İDDİA

İsveçlilər türk mənşəlidir? - Alimdən İDDİA



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar