Xəbər lenti
Millət vəkilindən xaricdə təhsil alan şəxslərlə bağlı MÜHÜM TƏKLİF
“Təhsil Nazirliyinin rus dilinin daha dərindən öyrənilməsi barədə qərarını təqdir edirəm. Lakin hesab edirəm ki, ingilis dilinin öyrənilməsi ilə bağlı xüsusi proqramın qəbul olunmasına ehtiyac var”.
Manevr.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında dilə gətirib. Deputat bu cür təhsil müəssisələrinin dövlət hesabına yaradılmasını təklif edib:
“Azərbaycanda ingilis dilli özəl təhsil müəssisələri var, amma çox bahadır. Dövlət ingilis dilli məktəblərin açılmasına dəstək olmalıdır. Bu yaxınlarda mətbuatda oxudum ki, Rusiya daha 3 universitetinin Azərbaycan filialını açacaq. Bu qərarı alqışlayıram, ən azından Rusiya təhsili Azərbaycan təhsilindən yüksəkdir. Biz dünyanın 300-lüyünə daxil olan universitetlərin açılmasına səy göstərməliyik”.
Millət vəkili xaricdə təhsil alan gənclərin dövlət müəssisələrində işə qəbulunda müəyyən güzəştlərin edilməsindən danışıb:
“Çoxsaylı azərbaycanlı gənc xaricdə təhsil alır, geri qayıdır, lakin ölkədə əmək haqqı az olduğuna görə burada qalmır. Milli Məclis rəhbərliyi tərəfindən bir məsələ qaldırılsın ki, nazirlik və dövlət qurumlarının xaricdə təhsil alıb gələnlər üçün daha yüksək maaş müəyyən etməsinə imkan verilsin. Azərbaycanda həmin tələbələrin qeydiyyatı aparılmalıdır. Həmkarlarımın bir çoxunun övladı xaricdə təhsil alıb. Azərbaycanın belə yüksək səviyyəli kadrlara ehtiyacı var”.(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar