Xəbər lenti
"Təhsilə qoyulan xərc heç vaxt itmir"-Ekspert
Bakı şəhər İcra Hakimiyyətinin birinci müavini, başçı vəzifəsini icra edən Eldar Əzizov qurumun tabeliyində olan məktəbəqədər təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunmasıyla bağlı əmr imzalayıb. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi artıq E.Əzizovun müvafiq əmri əsasında bağçalarda uşaqların payız geyimləri ilə təminatına başlayıb. Artıq əksər şəhər bağçalarına geyimlər paylanılıb.
Təhsil üzrə ekspert Nadir İsrafilov moderator.az -a açıqlamasında təhsillə bağlı atılan hər bir müsbət addımı alqışla qarşıladığını bildirərək, məktəblərdə vahid məktəbli geyiminin olmasının vacibliyini vurğuladı:
“Bu kimi addımlar ancaq müsbət qiymətləndirilə bilər. Təhsil bizim gələcəyimizdir. Bizim nə qədər şagirdlərimiz var ki, ailələrində maddi imkanları çox aşağıdır. Onlara məktəb ləvazimatları, məktəbli forması almağa imkanları yoxdur. Ölkə başçısının sərəncamı ilə yaradılan İlahiyyat Universitetində təhsil haqqı və tələbələrin təminatı ödənişsizdir. Tələbələrin vahid formayla təmin olunması müzakirə olunur. Məktəblilərin hər birinin ayrı-ayrı geyimdə olması düzgün deyil və buna görə də vahid məktəbli geyimlərinin olması daha məqsəduyğundur. Bizim siyasətimiz sosial yönümlü siyasətdir və bu mənada məktəblilərin pulsuz geyimlə təmin olunmasını müsbət bir addım kimi qiymətləndirirəm. Təhsilə qoyulan xərc heç vaxt itmir. Belə addımların atılması uşaq bağçalarında olan narazılıqlarla bağlı ictimai rəyə də öz müsbət təsirini göstərə bilər”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar