Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirdən rus dili ilə bağlı MÜHÜM ƏMR

Tarix: 28-09-2018 19:10     Baxış: 3845 A- / A+
Nazirdən rus dili ilə bağlı MÜHÜM ƏMR

Təhsil naziri Ceyhun Bayramov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

Manevr.az-ın xəbərinə görə, əmrə əsasən, Azərbaycanın 50 - Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Təsdiq olunan tədris planına dair qeydlərə əsasən, I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

V-VII (beşinci-yeddinci) siniflərdə “İkinci xarici dil”ə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə “İkinci xarici dil”ə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə “İkinci xarici dil”ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” fakültativ kursun tədrisinə ayrılıb.

“Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).

Bu əmrlə müəyyən edilən Bakı şəhərinin 13, 95, 238, 245, 265, 276 nömrəli ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində “Rəqəmsal bacarıqlar”pilot layihəsi həyata keçirildiyindən həmin məktəblərin V-VI siniflərində “Rus dili” fənni “İkinci xarici dil”ə ayrılmış saat hesabına həftədə 1 (bir) saat tədris ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar