Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhsil almağın əsas vasitəsi təlimdir"-Ekspert şərhi

Tarix: 24-09-2018 19:22     Baxış: 3530 A- / A+
“Təhsil almağın əsas vasitəsi təlimdir"-Ekspert şərhi

Təhsil üzrə ekspert: “Təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir”

“Heç kəsə gizli deyil ki, pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntiləri şərh edərkən qeyd edib.

Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır. Eyni zamanda təhsilin inkişafı, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

Bildiyimiz kimi 2012-ci ildə, Azərbaycan hökuməti, Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı - PİSA -dan çıxıb və buna görə də orta məktəblərin durumunu beynəlxalq səviyyədə ölçmək olmur.
Keçən həftədən isə yeni dərs ili başlandı. Bəs bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntilər nədir?
Bu mövzularla bağlı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrəndik.

Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artımın müşahidə olunmasını qeyd edən təhsil üzrə ekspert əlavə edib ki, 500 və daha artıq bal toplayanlardan 2090 nəfərinin müəllimlik ixtisasını seçməsi və bir çox digər real faktları bu sahədə aparılan davamlı və dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirmək olar:

“Hər bir ölkənin sosial-mədəni həyatının tənzimlənməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında təhsilin rolu əvəzsizdir . Bu mənada yəqin ki, təhsil prosesinin əsas subyektinin öyrənən və öyrədən, son vaxtların pedaqoji terminologiyası ilə desək “təhsilalan” və “təhsilverən” olması heç kəsdə şübhə doğura bilməz. O da məlumdur ki, təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. Bu proses, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Məhz bütün bunlar nəzərə alınaraq bu istiqamətdə bir çox işlər görülüb ki, buna da bariz nümunələrdən biri kimi «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı misal ola bilər.

Son zamanlar bu sahədə nəzərəçarpacaq irəliləyişlər olmasına baxmayaraq, o da heç kəsə gizli deyil ki, pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur. Buna görə də əbəs yerə deyil ki, ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyətin təhlili şərh edilərkən, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması, müəllim nüfuzuna təsir edən amillər sırasındada olduğu xüsusi olaraq vurğulanaraq strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilmişdir”.

Təhsil üzrə ekspert Nadir İsrafilov eyni zamanda təhsil sahəsində aparılan islahatların nəticələrini də şərh edib. Bildiyimiz kimi indi müəllimlərin işə qəbulu həm də mərkəzləşdirilmiş qaydada aparılır və bu prosesin əsasən şəffaf olması barədə məlumatlar var.

Hesab etmək olarmı ki, bu islahatlar təhsildə artıq özünü göstərməyə başlayıb?

Təhsil üzrə ekspert 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir necə faktları sadalayaraq bunu dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirib:

“Hesab edirəm ki, müəllim peşəsinin nüfuzunun artması ilə əlaqədar konkret faktlar Təhsil naziri Ceyhun Bayramovun sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransındakı nitqində, sonrakı çıxışları və açıqlamalarında kifayət qədər öz əksini tapıb. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizədin iştirak etməsi, 5000-dən artıq namizədin müəllim adını qazanaraq işə qəbul olunması, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artımın müşahidə olunması, 500 və daha artıq bal toplayanlardan 2090 nəfərinin müəllimlik ixtisasını seçməsi və bir çox digər real faktları bu sahədə aparılan davamlı və dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirmək olar.

Bir daha təsdiq olunur ki, təhsilin keyfiyyətinin yüksəldilməsi müəllimin peşəkarlıq səviyyəsinin artırılması və nüfuzunun qaldırılması ilə birbaşa bağlıdır. Bununla belə, xüsusilə ali məktəblərdə müəllim hazırlığına diqqətin artırılması və .“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda müəyyən dəyişikliklərin edilməsi qaçılmazdır”.(pia.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar