Xəbər lenti
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzindən Manevr.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək məqsədi ilə müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət edib.
Qəbul olmuş 15 namizədin siyahısını təqdim edirik:
İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
228102 112 337116
228141 101 313245
228153 112 313359
228219 106 313261
228251 103 311682
228263 99 313472
228353 96 313489
228520 100 361124
228658 101 311511
228702 102 363117
228737 123 311869
228788 97 313489
228822 102 313245
228880 104 313334
228983 97 361181
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2018-ci il sentyabrın 24-də müvafiq quruma:
– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;
– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizədlər Naxçıvan MR Səhiyyə Nazirliyinə və ya Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.
2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 24.09.2018-ci il tarixində saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Ünvan: Akad. M.Mirqasımov küç. 1A
Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:
* Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın və ya məcburi köçkün statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın və ya məcburi köçkün vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
* baza ali tibb təhsili haqqında diplomu;
* xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
* xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Rezidenturaya qəbul olan və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar