Xəbər lenti
“Qəbul imtahanlarının suallarının tərkibində dəyişikliklər olacaq” - Məleykə Abbaszadə
Gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, abituriyent bu balın 300-nü maksimal olaraq buraxılış imtahanı zamanı, maksimal 400 balı isə qəbul imtahanı zamanı toplaya biləcək:
"Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur".
M.Abbaszadə qeyd edib ki, gələn ildən tətbiq olunacaq ali məktəblərə yeni modeli ictimaiyyətə bir il əvvəl təqdim olunub:" Məlumdur ki, hazırda qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib".
M.Abbaszadə əlavə edib ki, gələn il qəbul imtahanlarının suallarının tərkibində də müəyyən dəyişikliklər olacaq:"Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir. Eyni zamanda, sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Keçən ilin yazında bu modelə uyğun sınaq imtahan keçirdik. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu, noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirəcəyik"./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar