Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şad xəbər: bundan sonra orta məktəbi bitirmək... - Ekspert

Tarix: 14-09-2018 18:58     Baxış: 2824 A- / A+
Şad xəbər: bundan sonra orta məktəbi bitirmək... - Ekspert

2019-cu ildə keçirilməsi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları attestat alanların sayına müsbət təsir göstərəcək. Əvvəlki illərlə müqayisədə indi daha çox şagird orta məktəbi bitirmək haqqında sənəd əldə edəcək.

Bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, indiyə qədər bu, 90 bal idi və ali məktəbə qəbul imtahanında nəzərə alınmırdı:
“İlk növbədə qeyd edim ki, 2019-cu ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək və imtahanda iştirak edənlər maksimum 300 bal toplaya biləcəklər. Birinci mərhələ üçün sadə tipli test tapşırığı təqdim olunacaq. Bu həm də şagirdlərin attestat alması üçün vacibdir. Əvvəlki illərdə bir doğru cavab bir balla qiymətləndirildisə, 2019-cu ildən etibarən bir doğru cavab daha çox balla qiymətləndiriləcək və şagirdlərin müvəffəqiyyət göstəriciləri artacaq. DİM tərəfindən 2019-cu ildə keçiriləcək buraxılış imtahanlarında attestat almaq üçün bal həddi müəyyən olunacaq. Yəni müəyyən olunmuş balı toplayan şagirdlər attestat alıb, ali məktəblərə qəbul imtahanına buraxılacaqlar. Bu bal həddi isə hələlik açıqlanmayıb və 15 gün sonra bu barədə məlumat veriləcəyi gözlənilir”.

Ekspert yeni qaydaların ali məktəbə qəbul olanların sayına da müsbət təsir edəcəyini bildirib:

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün abituriyentlər 3 fənn üzrə imtahan verəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər”.

Kamran Əsədov ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının da seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəyini bildirib. O, keçmiş məzunların hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklərini söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar