Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gələn il qəbul imtahanları belə keçiriləcək - detallar açıqlandı

Tarix: 14-09-2018 11:39     Baxış: 4639 A- / A+
Gələn il qəbul imtahanları belə keçiriləcək - detallar açıqlandı


"Təhsildə keyfiyyət ili”ndə əldə olunan nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcək”.

Manevr.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.

C.Bayramov əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir: ”Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar