Xəbər lenti
Nazir: "Şagirdlərin dərs yükü bizi narahat edir"
"Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdrilməsi ilə bağlı kifayət qədər iş aparılıb".
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihəsi Təhsil Nazirliyinin sabah keçiriləcək kollegiyasında geniş müzakirə ediləcək. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq.
Nazir qeyd edib ki, son 5 il ərzində təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində müsbət dinamika olub.
C.Bayramov əlavə edib ki, gələn il məktəbəqədər təhsillə əhatə olma səviyyəsinin yüksəldilməsi və bunun bütün ölkə üzrə əhatə olunmasına çalışılacaq.
Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək göstəricisi təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə enib və hazırda bu göstərici 6 faizdir. C.Bayramov növbəti tədris ilində bunu aşağı salmağın əsas hədəflərdən olduğunu da söyləyib.
Nazir əlavə edib ki, müəllim nüfuzunun artması da əsas hədəflərdəndir.
C.Bayramov bildirib ki , bu il qəbul imtahanlarında 500 baldan yuxarı toplayaran 2091 nəfər abituriyent müəllimlik ixtisasını elektron ərizəsində birinci qeyd edib. Bu, ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur:
"Bütün bunlar növbəti illərə ümidlə baxmağa imkan verir".
Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar