Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sentyabrın 17-də “Bilik günü” qeyd edilməyəcək (SƏBƏB)

Tarix: 11-09-2018 18:35     Baxış: 4379 A- / A+
Sentyabrın 17-də “Bilik günü” qeyd edilməyəcək (SƏBƏB)


Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün "Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.

Manevr.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov trend-ə bildirib ki, sentyabrın 17-də məktəblərdə "Bilik Günü” qeyd edilməməlidir.

Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə "Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.

C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.

C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar