Xəbər lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Manevr.az bildirir ki, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.
Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin irm@tipii.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edilən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq Apellyasiya Komissiyası tərəfindən baxılacaq.
Sentyabrın birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar