Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə Azərbaycan vətəndaşları pulsuz təhsil ala bilərlər - İmtahansız qəbul

Tarix: 07-08-2018 14:20     Baxış: 3355 A- / A+
Bu ölkədə Azərbaycan vətəndaşları pulsuz təhsil ala bilərlər - İmtahansız qəbul


Mərkəzi Avropa ölkəsi olan Avstriyanın dövlət dili alman dilidir. Avstriyada bütün universitetlər federal Elm və Nəqliyyat Nazirliyinin tabeliyindədir. Universitet müəllimləri və əməkdaşları dövlət qulluqçusu sayılırlar. Dövlət universitetləri isə dövlət büdcəsindən maliyyələşir və ölkə vətəndaşları üçün ali təhsil pulsuzdur.


Manevr.az AzEdu.az-a istinadən Avstriya təhsili haqqında maraqlı məqamları diqqətinizə çatdırır:

Bildirək ki, 2001- ildə pulsuz təhsil ləğv olunsa da, 2009-cu ildə yenidən Avropa Birliyi ölkələrindən olan, Daueraufenthalt vizası olan və Vyana Dövlət Universitetində təhsil alan Azərbaycan, Belarus, Ukrayna, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistan və Ermənistan vətəndaşları üçün pulsuz təhsil tətbiq olunub.

"Ali təhsil haqqında" qanuna əsasən dövlət universitetlərində təhsil haqqı bir semestr üçün 363,36 avrodur. Bunun 16,86 avrosu universitet tələbə təşkilatının hesabına gedir. Əcnəbi tələbələr üçün illik ödəniş 750-1500 avro arasında dəyişir. Avstriyada dövlət universitetlərində təhsil haqqı 500-600 avro civarındadır. Bu da universitet və ixtisasa görə fərqlənir. Aylıq yaşayış xərci isə təxminən 700 avrodur.

Universitetlərdə Boloniya sistemi tətbiq edilir.

Avstriyada təhsilin bir sıra üstünlükləri var. Məsələn, qəbul üçün yaş məhdudiyyəti yoxdur, alman dili tələb edilmir, qəbul zamanı qiymətlər nəzərə alınmır, bəzi ixtisaslar istisna olmaqla qəbul imtahanı yoxdur, həmçinin universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. Məsələn, magistratura pilləsi üzrə təhsil alan xarici tələbələr həftədə 20 olmaqla, ayda maksimum 80 saat işləmək hüququna malikdirlər.

Avstriya universitetlərinə qəbul olmaq üçün tələb olunan ümumi sənədlər aşağıdakılardır:

Attestat və ya diplom;

Tələbənin alman dilində doldurduğu xüsusi anket;

Ətraflı şəxsi məlumat;

Alman dili bilik səviyyəsi sertifikatı – ən azı B2 səviyyəsi

Bəzən tələbədən motivasiya məktubu da istəyə bilərlər. Bu, alman və ya ingilis dilində yazılmalıdır. Həmçinin professorların xasiyyətnamələri də tələb oluna bilər. Bütün sənədlər notarial qaydada təsdiqlənməli və universitetin tələblərinə cavab verməlidir.

Qeyd edək ki, hər il Avstriyada 160 min əcnəbi tələbə təhsil alır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar