Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar

Tarix: 28-11-2026 17:13     Baxış: 325 A- / A+
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi və bundan sonra həmin posta hələ də təyinatın olmaması bəzi iddiaların ortaya çıxmasına səbəb olur.
Yayılan iddialardan biri də DİM-lə Elm və Təhsil Nazirliyinin birləşdirilməsi ilə bağlıdır. Düzdür, hazırda bu məsələ ilə bağlı rəsmilərin açıqlaması yoxdur, amma məsələ sosial mediada müzakirə mövzusudur.
Bu iki qurumun birləşdirilməsinə dair deyilənlərə deputatların münasibəti necədir?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan parlamentin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi təklifi məqsədəuyğun deyil.
O bildirib ki, qiymətləndirmə mexanizmlərinin obyektivliyi və müstəqilliyi təmin olunmalıdır:
Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar
"Dünyanın bir çox ölkəsində qiymətləndirmə və imtahanların təşkili müvafiq təhsil qurumlarından kənar, müstəqil strukturlar tərəfindən həyata keçirilir. Bu, qiymətləndirmə prosesində şəffaflığın, obyektivliyin və etibarlılığın təmin olunması baxımından mühüm prinsipdir. Təhsil sistemini idarə edən qurumla onun ortaya qoyduğu nəticələri qiymətləndirən təşkilatın eyni strukturda birləşdirilməsi müəyyən institusional risklər yarada bilər. Bu baxımdan DİM-in müstəqil fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Test üsulunun imtahan modeli kimi ləğv edilməsi məsələsinə gəldikdə, test qiymətləndirmə vasitələrindən biridir və onun tamamilə aradan qaldırılmasını düzgün hesab etmirəm".
Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc isə qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi müstəqillikdən sonra yaranan ən güclü institusional təsisatlardan biridir.
Deputat qurumun gələcəyini həyati əhəmiyyətli təhlükəsizlik məsələsi hesab edir:
Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar
"Çünki milyonlarla azərbaycanlı şagird və tələbənin biliyinin ölçülməsi dövlət quruculuğunun bütün sferaları üçün layiqli kadrların formalaşmasında müstəsna rol oynamaq deməkdir. Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini yüksək qiymətləndiririk. Onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməsi ilə məhdudlaşmır. Məleykə xanım müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanan, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm bir dövlət institutunun qurucularındandır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə formalaşan qəbul sistemi ali təhsil almaq hüququnun ayrı-ayrı vəzifəli şəxslərin iradəsindən, ailələrin maddi imkanlarından və sosial mənşəyindən asılılığını azaltmaqda mühüm rol oynadı. Ucqar kənddə yaşayan sadə fəhlə və kəndli övladının öz biliyi hesabına yüksək bal toplayaraq ölkənin ən nüfuzlu universitetlərinə vəsiqə qazanması qəbul sisteminin ən böyük milli nailiyyətlərindən biridir".
Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə düşünür ki, struktur baxımından Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi birləşdirilə bilər.
O qeyd edib ki, bu strukturlar bir-biri ilə əlaqəlidir, bir-biri ilə bağlıdır və bu bir yerdə fəaliyyət göstərməsi ümumi təkmilləşdirmə baxımından çox önəmlidir:
Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar
"Mənim narahatlığım ondadır ki, təcrübədə bəzən bu cür hallar baş verdikdə idarəetmədə problem yarana bilir. Yəni Dövlət İmtahan Mərkəzi bu gün ən şəffaf, öz fəaliyyətini uğurla yerinə yetirən, azsaylı dövlət qurumlarından biridir. Mənim narahatlığım ondadır ki, qurum birləşdirildiyi vaxt həmin o işlək mexanizm, orda çalışan peşəkarlar və sairə qoruna biləcəkmi? Bu gün əsas missiya birləşdirmə zamanı da o təcrübəli işçilərin qorunması olmalıdır. Əgər idarəetmədə problem yaradacaqsa, təcrübəli işçilərin işdən uzaqlaşmasına aparıb çıxaracaqsa, hesab edirəm ki, bu, çox təhlükəli ola bilər".
Deputat Arzuxan Əlizadə də mövzu ilə bağlı fikirlərini bildirib:
Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar
"Məleykə xanım uzun illər ərzində Dövlət İmtahan Mərkəzinin nüfuzunu yüksək səviyyədə saxlayıb. İmtahanlarda şəffaflığı təmin etməklə həm ali məktəblərə, həm də dövlət qurumlarına qəbul üçün imtahan verən geniş auditoriyanın xüsusi rəğbətini qazanıb. İnanırıq ki, onun Bakı Dövlət Universitetindəki fəaliyyəti də uğurlu və yaddaqalan olacaq. Birləşmə məsələsinə gəldikdə isə müxtəlif qurumların vahid struktur kimi fəaliyyət göstərməsi təcrübəsi var. Amma hesab edirəm ki, burada Dövlət İmtahan Mərkəzinin birləşdirilməsindən söhbət gedə bilməz. Mərkəz Elm və Təhsil Nazirliyinin tabeliyinə verilə bilər, amma bu, doğru yanaşma olmazdı. Çünki Dövlət İmtahan Mərkəzi yalnız orta məktəbi bitirib ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan keçirmir. Mərkəz eyni zamanda hüquq-mühafizə orqanları, nazirliklər və digər dövlət qurumlarına işə qəbulla bağlı imtahanları da təşkil edir. Ona görə də hesab edirəm ki, müxtəlif dövlət qurumlarına işə qəbul imtahanlarının Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir qurum tərəfindən keçirilməsi düzgün yanaşma olmazdı. Hər halda, mütəxəssislər də bu məsələ ilə bağlı rəylərini bildirə bilərlər".
Aydın Mirzəzadə isə bildirib ki, qurumların ayrı-ayrı fəaliyyət göstərməsi daha yaxşıdır:
Dövlət İmtahan Mərkəzini nə gözləyir? - Birləşmə iddiasına reaksiyalar
"Bu iki qurumun səlahiyyətləri bir-birinə yaxın olsa da onların prinsipləri fərqlidir. Biri biliyin keyfiyyətini qiymətləndirir, digəri isə təhsil sahəsinə rəhbərlik edir. Hesab edirəm ki, onların ayrı-ayrı qurumlar kimi fəaliyyət göstərməsi daha yaxşıdır. Bu sistem istər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövründə, istərsə də Dövlət İmtahan Mərkəzinin fəaliyyəti dövründə özünü doğruldub. Bununla belə, sistemin fəaliyyətinə müəyyən yeniliklər gətirmək mümkündür".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar