Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu universitetin adı dəyişdirilir - RƏSMİ

Tarix: 28-07-2025 21:16     Baxış: 380 A- / A+
Azərbaycanda 105 yaşlı universitetin adı dəyişdirilir - RƏSMİ
"Ölkədə bəzi universitetlər artıq daha yığcam, yaddaqalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır".
Manevr.az xəbər verir ki, bu sözləri ADNSU-nun rektoru, dosent Rüfət Əzizov AzEdu.Az təhsil portalına müsahibəsində bildirib.
"Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə Azərbaycan Sənaye İnstitutu - "Azİİ" adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. "Azİİ" brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə "AZİ Universiteti" adı ilə tanınmasını planlaşdırırıq", - deyə o bildirib.
Rektor onu da qeyd edib ki, məqsəd universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. "AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar