Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan keçən müəllimlərin maaşı bur tarixdən artacaq

Tarix: 22-07-2025 15:43     Baxış: 493 A- / A+

Son illərdə keçirilən sertifikasiya imtahanı müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsi, diaqnostikası və təkmilləşdirmə kurslarının məzmunun müəyyənləşdirilməsinə, həmçinin onların məvaciblərinin artırılmasına xidmət edir. 

İyul ayında keçirilən sertifikasiya imtahanında uğurlu nəticə göstərən müəllimlərin maaşının nə zaman artacağı haqqında isə hələ ki, dəqiq məlumat verilməyib. 

Manevr.az modern.az-a istinadən xatırladır ki, ötən il müəllimlər arasında sertifikasiya 21, 22, 24 iyun tarixlərində keçirilib. 2024-cü ildə sertifikatlaşdırma prosesindən keçən müəllimlər maaşa əlavəni noyabr ayında alıblar.

Sertifikasiyadan keçən müəllimlərin maaşına hesablanmış əlavələr noyabr ayının əməkhaqqı ilə birgə verilib. Belə ki, sentyabr, oktyabr və noyabr ayına əlavələr eyni vaxtda müəllimlərin hesabına köçürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 51-60 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar