Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Magistratura imtahanlarında iştirak edənlərin sayı artıb

Tarix: 08-07-2025 10:14     Baxış: 382 A- / A+
Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib. İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub.
DİM-dən verilən məlumata əsasən, bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.
2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.
Bu il 90 və daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar