Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu müəllimlər 2250 manat alacaq - SİYAHI

Tarix: 07-07-2025 12:33     Baxış: 488 A- / A+
 
Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.
Manevr.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb. 
Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib. 
11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:
- Aslanova Zərifə Akif qızı, Amelina İrina Vasilyevna, Teymurova Simayə Hafiz qızı, İsmayılov Afiq Dilbazi oğlu, Xəmmədova Sevil Ənvər qızı, Əbdürrəhimova Nəzakət Vaqif qızı, Quliyeva Esmira Mahmud qızı, Əliyev Elgün Bəxtiyar oğlu, Zeynalova Samirə Nizami qızı, Hümbətova Rəsmiyə Muradəli qızı, Məcidova Gülnarə Adil qızı.
6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:
- Rəhimova Məhsəti Müseyib qızı, Əkbərova Leyla Eldəniz qızı, Bağırlı Aygün Ağabağır qızı, Piriyev Rəhman Həkim oğlu, Məmmədova Sənubər Abdulrəhim qızı, Səlimova Gülnarə Əjdər qızı.
3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:
- Hacıyev Asif Xatabala oğlu, Zeynalova Mehriban Səyavuş qızı, Mehdiyeva Elmira İsmayıl qızı.
Qeyd edək ki, qrif - ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir.  Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.
Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar