Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndi və Şuşa məktəblərinin müəllimləri sertifikasiyadan yüksək bal topladılar - FOTO

Tarix: 19-06-2025 14:49     Baxış: 386 A- / A+

Xankəndi və Şuşa məktəblərinin müəllimləri sertifikasiyadan yüksək bal topladılar - FOTO


İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlər sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib.
Manevr.az-ın xəbərinə görə, bu barədə Qarabağ regional təhsil idarəsinindən məlumat verilib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli bildirib ki, Sertfikasiya imtahanlarının ikinci günündə Bərdə şəhərində keçirilən imtahanda Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Soltanova Xəyalə Bəylər qızı 57 bal; Şuşa şəhər 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Abasova Aynur Xalidşah qızı 55 bal toplayıb.
Qeyd edək ki, Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb və Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisələri Xankəndi və Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərlərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-ci ilin noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. İlham Əliyev 2024-cü ilin Sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar