Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

DİM mübahisəli test tapşırıqları ilə bağlı məlumat yaydı

Tarix: 05-06-2025 18:52     Baxış: 355 A- / A+
DİM mübahisəli test tapşırıqları ilə bağlı MƏLUMAT YAYDI

Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib. Görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:
 
1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.
 
AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.
Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi
Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi
Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması
F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi
Hökumətin qanunverici səlahiyyətlərə malik olması
MövzuAzərbaycan Xalq Cümhuriyyəti
Sinif: 9, 11 - Azərbaycan tarixi
Doğru cavab: 1,3,4
 
2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.
 
Mənbə:

“1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”
 
Tapşırıq:
 
Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.
 
MövzuDünya ölkələri II Dünya müharibəsindən sonra.
Sinif: 9, 11 – Ümumi tarix
İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;
siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.
 
3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.
 
Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

Elm və mədəniyyət xadimi
Fəaliyyəti
1.Həsən bəy RumluXV əsrdə yaşamış məşhur tarixçi idi.
2.İsgəndər bəy MünşiŞah I Abbasın hərbi yürüşlərində iştirak etmişdir.
3.Məhəmməd Tahir VahidŞah II Abbasın vəziri olmuşdur.
4.Kəmaləddin BehzadMarağa rəsədxanasında astronom kimi fəaliyyət göstərmişdir.
MövzuAzərbaycan mədəniyyəti
Sinif: 8, 10 - Azərbaycan tarixi
Doğru cavab: *

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar