Xəbər lenti
Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Mediada yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişəcəyi və qiymətləri ilə bağlı müxtəlif müzakirələr gedir.
Manevr.az bildirir ki, bu mövzuya aydınlıq gətirmək üçün "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib.
E. Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.
O bildirib ki, məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bunu dəyişmək səlahiyyəti yoxdur.
"Yeni forma təqdim olunduqda, əvvəlki dizaynlar da ləğv olunur. Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə edilən formalar eyni standartlara əsaslanıb. İndiki dizaynda da hər il dəyişiklik edilmir”.
Qiymətlərlə bağlı suallara cavab olaraq, Etibar Əzimov qeyd edib ki, keçən il qiymətlərdə 20 faiz endirim olunub:
"Formalarımız 100% pambıqdan hazırlanır və təbii parçalardan istifadə olunur. Bazarda isə digər formalarda sintetik qarışıqlar daha çoxdur. Buna görə də bizim qiymətlərimiz minimal səviyyədədir və keyfiyyətə uyğun müəyyən olunur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar