Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sinif otağın "arenda"ya verən kim, "Son zəng"ə pul yığan kim - İşdən çıxarılan direktorlarla bağlı FAKTLAR - FOTO

Tarix: 23-05-2025 11:18     Baxış: 4115 A- / A+

Son bir həftədə 6 məktəb direktoru vəzifəsindən azad olunub. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan montorinqlər zamanı nöqsanlara yol verən direktorlar müəyyən olunaraq vəzifəsindən azad olunurlar.
Vəzifəsindən azad olunan direktorlar:
  • 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova
  • 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli 
  • 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva
  • 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev
  • 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva
  • 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova 
Manevr.az bildirir ki, milli.az işdən çıxarılan bəzi direktorlarla bağlı məlumatlar əldə edib.
Belə ki, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova 8 ildən çoxdur ki, bu vəzifəni icra edib. Hətta işdən çıxarılacağını eşidəndə ürəyi də gedib, hətta onun vəzifədən getməmək üçün bülleten açdırdığı da deyilirdi.

Eyni zamanda direktorun məktəbdəki nöqsanları da kifayət qədər olub. Əldə etdiyimiz məlumata görə, direktor məktəbin sinif otaqlarını repititor müəllimlərə icarəyə də verirmiş. Həmin sinif otaqlarında 2-ci növbə vaxtı, şənbə və bazar günləri dərslər keçirilirmiş. 
Eyni zamanda yuxarı sinif şagirdləri direktorlar sövdələşərək dərsə gəlmirlərmiş, bunun müqabilində də xüsusi ödəniş edilməli imiş. Direktorlar bağlı müxtəlif dövrlərdə mətbuatda da müxtəlif səpkili şikayətlər yayımlanıb.
İşdən çıxarılan 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli isə səs yazısından sonra məhşurlaşmışdı.

Səs yazısında məktəbin direktoru Museyibli Yaqut İbrahim qızı son zəng tədbiri ilə əlaqədar 11-ci siniflərdən 150 manat müqabilində pul tələb edirdi. Bu məsələ ictimailəşdikdən sonra  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vəzifəsindən azad olundu.
Vəzifəsindən azad olunan digər direktorların da ciddi nöqsanlara yol verdiyi danılmazdır. Təssüf ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparılan monitorinqlərlə bağlı təfərrüatlı məlumatları açıqlamır. 
Vəzifəsindən azad olunan direktorların uzun müddətdir həmin vəzifədə çalışdıqlarını nəzərə alsaq bəs bu şikayətlər, iradlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əvvəllər niyə araşdırılmırdı. Bir həftəyə 6 direktorun nöqsanı müəyyənləşdirilib aşkarlana bilibsə, illər ərzində bu nöqsanların üstü niyə örtülüb?!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar