Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan direktorun DOSYESİ

Tarix: 13-05-2025 20:38     Baxış: 4210 A- / A+

Xəbər verdiyimiz kimi, Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Manevr.az işdən çıxarılan direktorun qısa dosyesini təqdim edir.
Müseyibli Yaqut İbrahim qızı 1973-cü ilin 25 yanvarında anadan olub. 1989-cu ildə 42 nömrəli tam orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsini bitirib. Fizika-riyaziyyat ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.
2002-2007-ci ildə Bakı Dövlət Universitetinin aspirantı olub, Azərbaycan Respublikasının Prezident Yanında Ali Attestasiya Komissiyasında Fizika-riyaziyyat elmləri namizədi adını, alimlik dərəcəsini alıb.
2002-2008-ci ildə Tovuz rayonunda müəllim, 2008-2016-cı ildə Bakı Humanitar kollecində müəllim, 2016-2017-ci ildə şöbə müdiri vəzifəsində çalışıb.
2017-2023-cü ildə E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli internat məktəbinin direktoru vəzifəsində işləyib. 2023-cü il tarixdən S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin direktoru təyin edilmişdi.
Ailəlidir, üç övladı var. (modern.az)


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar