Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ekspert tələbə qəbulu ilə bağlı iki vacib məqamı açıqladı

Tarix: 02-05-2025 19:31     Baxış: 3134 A- / A+


Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.
Manevr.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Teleqraf-a açıqlamasında dəyişiklərin nələrdən ibarət olduğuna aydınlıq gətirib.
O bildirib ki, Baş nazir tərəfindən təsdiq edilən qaydalarda iki ən vacib məqam var:
“Birinci ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarına dəyişiklik edilib. Bu ilə qədər birinci ixtisas qrupu üzrə imtahan verən abituriyentlər birinci cəhddə iki alt qrupu seçə bilərdilər. Onlar birinci imtahanda həm riyaziyyat-kimya, həm də riyaziyyat-informatika alt qruplarını seçmək imkanı qazanırdılar.
İmtahanın birinci günündə riyaziyyat, fizika və kimyadan, bir müddətdən sonra isə informatikadan imtahan verirdilər. Hər iki ixtisas üzrə alt qrupları seçə bilirdilər. Bu müəyyən qədər ədalətsiz idi. Belə ki, informatikanı seçənlər daha çox vaxt qazanırdılar. Dəyişikliyə əsasən, birinci ixtisas qrupu üzrə yalnız bir alt qrupu, məsələn, birinci cəhddə riyaziyyat-kimyanı, ikinci cəhddə isə digər alt qrupu seçə biləcəklər. Əvvəlki kimi bir cəhddə iki alt qrupu seçmək mümkün olmayacaq”.
K.Əsədov Nazirlər Kabinetinin qəbul etdiyi dəyişikliklərin ədalətli olduğunu düşünür:
“Dəyişikliyin mahiyyyəti bundan ibarətdir ki, birinci ixtisas qrupu üzrə abituriyent yalnız bir alt qrupu seçsin.
Digər dəyişiklik isə ixtisas qrupları üzrə yeni ixtisasların əlavə edilməsidir. Bu il abituriyentlər birinci ixtisas qrupunda "Data analitikası", "Kənd təsərrüfatı texnologiyaları", "Qida texnologiyaları", heyvandarlıq üzrə ixtisasları görə biləcəklər.
Bundan başqa ikinci ixtisas qrupunda "Xüsusi pedaqogika" ixtisası, dördüncü ixtisas qrupunda "Qidalanma və diyetologiya" ixtisası olacaq.
Birinci ixtisas qrupunda riyaziyyat- kimyanı seçənlər riyaziyyat- informatikanı seçənlərdən müəyyən qədər geridə qalırdılar. Çünki onların vaxtlar olmurdu. Ona görə də dəyişikliklər ədalətlidir. Yeni ixtisaslar da müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması üçün vacibdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar