Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin sertifikasiya imtahanında suallar çətin olmayacaq

Tarix: 23-04-2025 12:14     Baxış: 3149 A- / A+
Müəllimlərin sertifikasiya imtahanında suallar çətin OLMAYACAQ

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov deyib ki, sertifikasiya prosesi Azərbaycan təhsili üçün ciddi və təhsilin sağlamlaşdırılmasına xidmət edən prosesdir:

“Müəllimlər üçün bu dövr biraz gərgin və həlledici mərhələdir. Öz fənnini tədris edən müəllimə imtahana hazırlaşmaq doğru olmasa da bilirik ki, imtahanda daha yüksək nəticə toplamaqdan ötrü onlar hazırlaşırlar. Çox təəssüflər olsun ki, bəzən müəllimlərimizin bir qismi yeni dərsliklərdən xəbərdar olmur".

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu çərçivə sənədlərini çap edib:

"Hesab edirəm ki, burada mütləq şəkildə nəzərə almalı olduğumuz məqamlar həmin çərçivə sənədlərinin istifadəsi ilə bağlıdır. Müddət az deyil, müəllimlər bilirlər ki, bu prosesdən hamısı keçəcəklər. Burada müəllimlərin narahatlığı sualların çətinliyi və qiymətləndirmədə obyektivliyin qorunması ilə bağlıdır. Birmənalı şəkildə deyim ki, hər kəsin biliyi ədalətli və bərabər şəkildə yoxlanılır. Sadəcə olaraq bu il imtahan verəcək texniki və təbiət fənnləri biraz daha çox repetitorluğa köklənib. Eyni zamanda bu müəllimlərimizin sayı azdır. Sualların ağır səviyyəsinə gəlincə deyə bilərəm ki, çox çətin olmayacaq. Ona görə ki, bu ixtisaslı müəllimlər az olduğu üçün onlar işlərini itirsələr, onların vakant yerlərinə çox da müəllim gedə bilməyəcək. Düşünürəm ki, müəllimlər mütləq olaraq proqramları təkrarlamalıdırlar. Çərçivə sənədindən kənara çıxılmayacaq, suallar əsasən tədris olunan dərsliklərdən olacaq. Müəllim burada vaxt məsələsini düzgün idarə etməlidirlər. Çünki zaman-zaman görə bilirik ki, müəllimlər zamanı düzgün idarə edə bilmirlər. Gözləntimiz odur ki, müəllimlərin müəyyən qismi iş yerlərini itirəcəklər. Əlbəttə biz bunu istəmirik, ona görə də müəllimlərimiz mütləq öz üzərində işləməlidirlər ki, yaxşı nəticə əldə etsinlər” - K.Əsədov qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar