Xəbər lenti
Kolleclərdə yeni təyinatlar

Manevr.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib. S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.
D.Hacıyeva Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar