Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başladı

Tarix: 10-04-2025 18:34     Baxış: 4133 A- / A+
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verildi
2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. 
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində  "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.
Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar