Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

I sinflərə qəbul başlayır

Tarix: 07-04-2025 11:33     Baxış: 4150 A- / A+
Uşaqların I sinfə qəbulu prosesi başlayırMayın 1-dən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərdir.
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.
Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dək sentyabrın 12-dək həyata keçiriləcək.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar