Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimi atalarının yasında öldürən qardaşa HÖKM OXUNDU - FOTO

Tarix: 03-04-2025 18:22     Baxış: 3114 A- / A+

Zaqatalada müəllim olan bacısını güllələyərək öldürən qardaşa hökm oxunub.
Manevr.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Natavan Əhmədovanı qətlə yetirən 36 yaşlı Nurlan Əsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisə ötən ilin mayında onların atasının il mərasimində baş verib. Nurlan qəfil silah götürərək bacısını boğaz nahiyəsindən güllələyib. Xəstəxanaya çatdırılan qadının vəfat etdiyi məlum olub.
Nurlan ibtidai istintaqa ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü iddia edib. Lakin Natavanın telefonunun araşdırılması, həmçinin digər ifadə və sübutlar bu iddianı təkzib edib. O da məlum olub ki, Nurlan 2021-ci ildən narkotik istifadəçisidir və bu maddələrin dövriyyəsi ilə bağlı məhkum edilib.
Natavan Əhmədovanın həyat yoldaşı isə qaynı Nurlanın həbsdə olarkən hörmət qazanması və pis rəftar görməməsi üçün qısqanclıqla bağlı yalan ifadə verdiyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlana 17 il 10 ay həbs cəzası verilib.
Xatırladaq ki, N. Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim işləyirmiş.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar