Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir 

Tarix: 31-03-2025 16:05     Baxış: 3153 A- / A+
Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir 

Pedaqoq və təlimçi anlayışları bir-birindən fərqlənir. Məktəblərdə pedaqoqlar fəaliyyət göstərir, repetitor isə müəllim deyil, təlimçidir. Son vaxtlar hətta bəzi məsul dövlət qurumlarının belə biznes fəaliyyəti ilə məşğul olduğunu müşahidə edirəm. Belə ki, həmin qurumlar əldə etdikləri bilgiləri pulla satırlar. Mən sual verirəm ki, bu qeyri-qanuni fəaliyyət deyilmi? Cavab olaraq bildirirlər ki, “qanunda elmi-pedaqoji fəaliyyətə icazə verilir”. Lakin mən qeyd edirəm ki, onlar pedaqoq deyil, təlimçidirlər. Buna görə də bu fəaliyyət qanunsuz sahibkarlıq sayılır.
Manevr.az-ın məlumatına görə, bunu Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a müsahibəsində deyib.
O qeyd edib ki, burada söhbət akkreditasiya olunmuş universitetlərdən gedir:
"Məsələ ondadır ki, bu təlim kursları Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən akkreditasiyadan keçməyib. Bu səbəbdən təklif edirəm ki, repetitorlar rəsmi olaraq ETN tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırılmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor ETN tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərə bilməlidir.
Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır. Son vaxtlar ictimaiyyətdə elə hallar müşahidə edirik ki, bir nəfər 200 nəfərlik auditoriya qarşısında təlimçilik fəaliyyəti ilə məşğuldur. Mən hesab edirəm ki, hər şey qanun çərçivəsində tənzimlənməlidir. Kölgə iqtisadiyyatına son qoyulmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar