Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Setifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi – Cəza yoxsa şans?

Tarix: 26-03-2025 19:21     Baxış: 3117 A- / A+

"Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir". 
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sertifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun fikirincə, bu proses düzgün və məsuliyyətlə təşkil edilsə, nə kənd uşaqları itirər, nə də təhsil sistemi:
"Hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmır və bu ciddi bir problemdir. Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə ümumiyyətlə müəllim tapılmır. Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər - Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə müəllim problemi yaşanır. Bu təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir".
Ekspert təklif edir ki, sertifikasiyadan keçməyən müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər:
"Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir. Lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər. Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır".
Ekspert vurğulayıb ki, bununla iki əsas məqsədə çatmaq olar:
"Həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar".
Kamran Əsədovun sözlərinə görə, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir:
"Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu o demək deyil ki, onun riyaziyyatdan ümumiyyətlə məlumatı yoxdur. Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyar".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar