Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iki universitet yaradılacaq

Tarix: 14-03-2025 12:11     Baxış: 4122 A- / A+
Azərbaycanda iki yeni tədqiqat universiteti yaradılacaq
2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq.
Manevr.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, tədqiqat universiteti statusunun verilməsi ilə bağlı tələblər 2017-ci ildə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda beynəlxalq təcrübə əsasında həmin tələblərin yenilənməsi ilə bağlı müvafiq işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"na əsasən 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.
Elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyən edilib. Bu istiqamətdə bir sıra elm və ali təhsil müəssisələri arasında anlaşma memorandumu imzalanıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar