Bu gün baş tutan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında eşitmə qabiliyyəti olmayan şagirdin qulaq aparatının çıxarıldığı iddia edilib.
Manevr.az xəbər verir ki, bu barədə valideynlərdən biri Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, III qrup əlil olan eşitmə əngəlli şagirdin eşitmə cihazı nəzarətçilər tərəfindən çıxarılıb.
Valideynin etirazına cavab olaraq DİM-dən bildirilib ki, DİM tərəfindən əlilliyi olan şəxslər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Ancaq bunun üçün həmin şəxslər imtahana ən azı 14 gün qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional bölmələrindən birinə təqdim etməli və ya müvafiq ərizə ilə birlikdə bu sənədlərin skan olunmuş surətini onlayn qaydada DİM-in elektron poçtuna (info@dim.gov.az) göndərməlidirlər:
"Siz də övladınızın imtahanda müvafiq cihazdan istifadə edəcəyi ilə bağlı öncədən DİM-ə müraciət etməli idiniz".
Həmçinin bildirilib ki, şagird nəzarətçinin müvafiq izahatını və dinləmə mətnini dinlədikdən sonra nəzarətçi aparatı ondan alıb və imtahan başa çatandan sonra ona təqdim edib.
Milli.Az
Xəbər lenti
İmtahanda şagirdin qulaq aparatı çıxarılıb? - DİM-dən cavab - FOTO

Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar