Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı və Sumqayıtda 1-ci sinfə müraciətlərin qəbul müddəti uzadıldı

Tarix: 04-03-2025 10:50     Baxış: 425 A- / A+
 
Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti martın 14-dək uzadılıb.
Manevr.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 
Bildirilib ki, 2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıtda yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib.
Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Daimi qeydiyyatı olmayan valideynlər isə prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.
Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar