Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

8 martla bağlı təhsil müəssisələrinin direktorlarına tapşırıqlar verildi

Tarix: 27-02-2025 16:16     Baxış: 3189 A- / A+
Təhsil müəssisələrinin direktorlarına 8 martla bağlı tapşırıqlar verilib

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı direktorlara tapşırıqlar verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub.
Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.
MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.
Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar