Xəbər lenti
Məktəb direktorunun sosial şəbəkədə qeyri-etik rəyi: "...bax, belə biqeyrətlər var, ağlına gələni yazır"

"Bildirmək istəyirəm ki, "Facebook" sosial şəbəkəsində mənə məxsus olan "Göyçay Naminə" adlı səhifədə Göyçay rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədovun fəaliyyətində yol verdiyi nöqsanlar barədə status paylaşmışdım.
Göyçay şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayev həmin paylaşımın şərh bölməsində "Qaedaş, bax, belə biqeyrətlər var, ağlına gələni yazır" kimi müəllimə yaraşmayan qeyri-etik rəy yazmışdır. Məktəb direktorunun yazdığı bu rəyi oxuyanda sarsıntı keçirtdim.
Bu rəyi oxuyanlarda belə fikir yarandı ki, yüzlərlə şagirdin təhsil aldığı, onlarla müəllimin və texniki işçinin işlədiyi böyük bir məktəbin direktoru rəhbərlik etdiyi təhsil ocağında yəqin ki, bundan da ağır tərbiyəsizliklərə yol verir. Bu isə cəmiyət üçün təhlükəli olmaqla orada təhsil alan şagirdlərin tərbiyəsinə mənfi təsir göstərəcək.
Çoxlu sayda insanın istifadə etdiyi sosial şəbəkədə heç nədən çəkinmədən küçə söyüşü yazan məktəb direktoru Sərvət Ağayevin bu hərəkətləri Elm və Təhsil Nazirliyi tərəfindən təcili araşdırlıb barəsində qanuna müvafiq tədbirlər görülməldir.
Tənqid tərəqqidir, inkişafdır və dövləti korrupsiyadan qorumaqdır. Mən Göyçay rayon Üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov haqqında sosial şəbəkədə ancaq tənqid yazmışam. Mənim leksionumda Sərvət Ağayevin işlətdiyi küçə söyüşləri yoxdur. Bu rəy bir məktəb direktorunun tərbiyəsiz olmasını subut etdi. Çoxlu sayda insanın oxuduğu küçə söyüşünü yazan məktəb direktoru Sərvət Ağayevin barəsində qanuni tədbirlər görülməsə, o cəzasızlıqdan dahada azğınlaşıb tərbiyəsiz hərəkətlərini davam etdirəcək.
Biz dövlətimizi, təhsilimizi və gələcəyimiz olan şagirləri belə tərbiyəsiz ünsürlərdən qorumalıyıq.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş edirəm, öz tərbiyəsiz hərəkətləri ilə müəllim adına ləkə gətirən məktəb direktoru Sərvət Ağayevin bu əmələni obyektiv araşdırıb barəsində qanuni və ciddi tədbirlər görəsiniz. Xahiş edirəm, mənim bu müraciətimi şikayət ərizəsi kimi qəbul edəsiniz", məktubda qeyd edilir.
Əlaqə tel; 055 732-00-23

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar