Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO

Tarix: 09-02-2025 16:39     Baxış: 3245 A- / A+
 
Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir.
Manevr.az Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil ekspertlərinin də sözlərinə görə, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.
Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da nəzərə alına bilər.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar