Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu peşə məktəbləri ilə bağlı yeni qərar

Tarix: 09-02-2025 11:52     Baxış: 4120 A- / A+

Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazası və təlim-tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılacaq.
Manevr.az trend-ə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bununla bağlı məsləhət xidmətləri alacaq.
Belə ki, 24 peşə üzrə hazırlanmış təlim-tədris proqramları üzrə səriştələrin əldə edilməsini təmin edən tədris materiallarının (zəruri vizual məzmunun əlavə edilməsi ilə) hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması işləri görüləcək.
Layihəyə əsasən, Masallı Peşə Hazırlığı mərkəzi üzrə 12 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 8 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib ediləcək.
Bundan başqa, Şəki Peşə Hazırlığı mərkəzi üzrə 7 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 6 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları hazırlanacaq.
Həmçinin Sabirabad Peşə Hazırlığı mərkəzi üzrə isə 8 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 5 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib olunacaq.
Dövlət Məşğulluq Agentliyi sözügedən işlərin icrasına 1,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar