Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu tələbələrə təhsil krediti verilməyəcək

Tarix: 20-12-2024 13:58     Baxış: 4689 A- / A+


Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil.
Manevr.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

O bildirib ki, hazırda yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün kreditlər nəzərdə tutulub.
Bəhruz Əzimov gələcəkdə xarici vətəndaşlara kredit verilməsinin mümkünlüyünü şərtli olaraq zaminliklə əlaqələndirib:

"Bu kreditlər yalnız Azərbaycan vətəndaşları üçün ayrılır. Gələcəkdə, zaminlik şərti ilə xarici vətəndaşlara da kredit verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə bağlı indiyə qədər heç bir dəyişiklik yoxdur".
Bundan başqa qiyabi təhsil alan tələbələr üçün təhsil krediti ayrılması planlaşdırılmır. Əzimov bu tələbələrin əmək fəaliyyəti ilə məşğul olmaq imkanına sahib olduqlarını nəzərə alaraq belə bir qərarın hələ ki, mövcud olmadığını bildirib.

"Qiyabi təhsil alanlar üçün təhsil krediti ayrılması məsələsi Şuranın iclasında müzakirə ediləcək və Maliyyə yükü hesablanacaq," - deyə o əlavə edib.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar