Sizin Reklam Burada
Xəbər lenti
19-12-2024
18-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı bağçada azyaşlılara köhnə xörəklər verilir? - Araşdırma başladı

Tarix: 19-12-2024 15:35     Baxış: 320 A- / A+
Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 331 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlara verilən xörəklərin standartlara uyğun olmadığı iddia edilir.
Manevr.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə bir qrup valideyn tərəfindən daxil olan məlumatda deyilir.
Valideynlər iddialarında, hətta bəzi xörəklərin köhnə olduğu, həmin xörəklərdən köhnəlmiş qoxu gəldiyi kimi fikirlər səsləndirirlər. Buna görə də onlar uşaqlar tərəfindən həmin yeməklərin qəbulundan ciddi narahatlıqlarını ifadə ediblər.
Onlar, həmçinin bağçada uşaqlara heç bir meyvə verilmədiyini bildiriblər. Məsələ ilə bağlı bir neçə dəfə həm nazirliyə, həm də idarəyə müraciət etdiklərini bildirən valideynlər söyləyir ki, məhz müraciətdən sonra uşaqlara verilən xörəklər yaxşılaşır. Amma üzərindən bir həftə keçəndən sonra vəziyyət yenə əvvəlki duruma qayıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 331 nömrəli körpələr evi-uşaq bağçasında qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Bununla yanaşı qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların qidalanmasının düzgün təşkili və müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilməsi hallarına xüsusi nəzarət edilir. Məktəbəqədər təhsil müəssisələrində qidalanmaya nəzarət məqsədilə vaxtaşırı monitorinqlər keçirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar