Xəbər lenti
Milli Müdafiə Universitetinin müəllimi Tural Vəlizadə IV İstanbul Təhsil Zirvəsində iştirak edib
Türkiyə Maarif Vəqfi tərəfindən təşkil edilən və təhsil sahəsindəki beynəlxalq fəaliyyətləri və töhfələri ilə tanınan qurum nümayəndələri və bu sahədə tanınan ekspertlərin görüşmə nöqtəsi olan İstanbul Təhsil Zirvəsi bu il 6-7 dekabr 2024-cü il tarixlərində "Bərabər və daha ədalətli cəmiyyət və davamlı gələcək üçün təhsil" mövzusu ilə keçirilmişdir.
İstanbul Təhsil Zirvəsi dünyanın hər yerindən iştirakçıları bir araya gətirir və qlobal təcrübələrin mübadiləsinə şərait yaradır. İlk öncə Türkiyə prezidenti R.T.Ərdoğanın göndərdiyi mesaj onlayn olaraq keçirilən IV İstanbul Təhsil Zirvəsində oxunub. Daha sonra Türkiyənin milli təhsil naziri Yusuf Tekinin videomüraciəti dinlənilib.
Təhsil Zirvəsinin açılışında çıxış edən Türkiyə Maarif Vəqfinin prezidenti Prof. Dr. Birol Akgün bildirib ki, sammitin əsas mövzusu təhsil, ədalət, bərabərlik, mərhəmət və qlobal sülhü təşviq etmək üçün güclü bir vasitə ola bilər. Daha sonra proqram çərçivəsində müxtəlif ölkələrin təhsil nazirlərinin qatıldığı yüksək səviyyəli sessiya ilə yanaşı, “Sosial ədalət və təhsil”, “Yeni və davamlı məktəb mədəniyyəti”, “Dövlət və təhsil münasibətlərinin yenidən düşünülməsi” mövzularında panellər keçirilmişdir.
Milli Müdafiə Universiteti Humanitar fənlər bölməsi və Bakı Qızlar Universiteti Tarix kafedrasının baş müəllimi Tural Vəlizadə də IV İstanbul Təhsil Zirvəsində iştirak etmişdir.
İki gün davam edən Zirvənin yekununda müəllimimizə Türkiyə Maarif Vəqfi tərəfindən IV İstanbul Təhsil Zirvəsinin sertifikatı təqdim olunmuşdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar