Xəbər lenti
Bu fənn müəllimləri də attestasiyadan keçəcəklər - RƏSMİ

Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, attestasiyada hər əməkdaşa 30 dəqiqə vaxt ayrılacaq. Hər komissiya 1 gün ərzində 12 müəllimin qiymətləndirilməsini təmin edəcək. Ümumilikdə ilkin mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xızı şəhər və rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının fevral ayı ərzində yekunlaşdırılması planlaşdırılır.
Bildirib ki, attestasiyanın müsahibə formatında keçirilməsi nəzərdə tutulur. Attestasiya hər bir işçi ilə fərdi qaydada, praktiki ifaçılıq və nəzəri (sual-cavab) üsul ilə keçirilir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Qanunvericiliyə uyğun olaraq attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq proqram müəllimlərə veriləcək.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar